“Sovetski” sakinləri etiraz aksiyası keçirdi - VİDEO
Keçmiş “Sovetski” küçəsinin sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər.
Prezident Administrasiyasının binası qarşısında toplaşan sakinlər onlara verilən kompensasiyalardan şikayətçidirlər.
Etirazçılar bildirirlər ki, həmin pulla yeni ev almaq mümkün deyil:
“Cəmi 100 manat kirayə pulu verirlər. Bu biabırçılıqdır… Sökülən evimizin pulunu normal versinlər ki, gedək ev alaq. Bizə çox az pul veriblər. 41 minə Bakıda haradan ev alım?!”.
Daha sonra sakinlər şöbə müdirinin qəbulunda olublar.
Onlara deyilib ki, məsələ Maliyyə Nazirliyinə və İcra Hakimiyyətinə verilib:
“Bizi şöbə müdiri Elyar bəy qəbul etdi. Dedilər, iş verilib, araşdırma aparılır. 2-ci ya 3-cü gün oraya gedəcəyik, görək nə cavab verəcəklər. Əgər mənfi cavab verilsə, yenə yığışacağıq. Biz öz haqqımızı istəyirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yavər Camalov vəfat etdi
Qusar rayon Polis Şöbəsinə yeni rəis təyin olunub
Bakıda 39 yaşlı müəllim əməliyyatdan sonra niyə ölüb? - AÇIQLAMA
Ərdoğan Vladimir Putin və Volodimir Zelenski ilə danışıqlar aparacaq
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Gömrük Komitəsinin yeni müavinləri kimdir? - DOSYE