Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Bakının məşhur istirahət mərkəzlərindən sayılan “Sea Breeze” çimərliyinə gedən yolda bu gün güclü tıxac qeydə alınıb. İsti yay günündə dəniz kənarına üz tutan yüzlərlə sürücü və sərnişin saatlarla yollarda qalmalı olub.
Minval.info-nun məlumatına görə, ərazidə yaranan sıxlığa əsas səbəb həm çimərliyə üz tutan istirahətçilərin sayının həddindən artıq çox olması, həm də yolun müəyyən bir hissəsində aparılan təmir-bərpa işləridir. Eyni zamanda bu günlərdə ərazidə keçirilən irimiqyaslı musiqi festivalı ilə əlaqədar sərnişin axını pik həddə çatıb.
Hadisə şahidlərinin redaksiyamıza göndərdiyi videomaterialda da aydın görünür ki, avtomobillər uzun növbələr yaradaraq hərəkətsiz qalıb, bəzi vətəndaşlar isə avtomobillərdən düşərək çarəni piyada irəliləməkdə və ya yaranmış vəziyyəti tənzimləməkdə görürlər. Sürücülər siqnal səsləri ilə yaranmış vəziyyətə etirazlarını bildirirlər.
Həmin ərazidən çəkilmiş eksklüziv görüntüləri təqdim edirik:
XƏBƏRİN VİDEOSU
Xarici saytda yerləşdirmək üçün Embed Kodu:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO