““Sovetski” ilə bağlı xüsusi plan hazırlanır” - Eldar Əzizov
Bakı Şəhər İcra Hakimiyyəti və digər strukturlar Novruz bayram ilə bağlı yenilik gətirmək niyyətindədirlər.
“Minval.info” “AzərTAC”a istinadən xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə müsahibəsində deyib. Bildirib ki, Azərbaycan xalqı Novruz bayramını böyük sevinc və maraqla qarşılayır. Ötən il olduğu kimi, bu il də hər rayon öz tədbirlərini keçirəcək.
Paytaxt səviyyəsində də tədbirlərin təşkil olunacağını deyən E.Əzizov qeyd edib ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və digər strukturlar bayram şənlikləri ilə bağlı yenilik gətirmək niyyətindədirlər.
Paytaxtın Sovetski adlanan ərazisi ilə bağlı xüsusi plan hazırlandığını söyləyən şəhər meri artıq bu istiqamətdə mütəxəssislərin işlədiyini və maraqlı təkliflərin hazırlanaraq ictimaiyyətə təqdim olunacağını diqqətə çatdırıb: “Dövlət başçısının tapşırığı ilə Atatürk parkında da tikinti prosesi başlayıb. Aydın olub ki, parkın ortasında borularda sızma var. Hazırda “Azərsu” ASC tərəfindən bu problem həll olunduqdan sonra, işlərimizi davam etdirmək niyyətindəyik”.
İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə bir neçə görkəmli ziyalımıza heykəl qoyulması ilə bağlı məsələyə toxunub. Deyib ki, dövlət başçısı tərəfindən bununla bağlı şəhər icra hakimiyyətinə tapşırıqlar verilib: “Mütəxəssislər təkliflər hazırlayırlar. Azərbaycanda bu məsələlər kollegial qaydada – memarlar və heykəltaraşların iştirakı ilə həll olunur. Proses artıq başlanıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO