Sosial şəbəkələrə yaş məhdudiyyəti dəstəklənir
Medianın İnkişafı Agentliyi tərəfindən aparılan ictimai rəy sorğusu nəticəsində məlum olub ki, respondentlərin 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. Bu sorğu, sosial şəbəkələrin cəmiyyətə təsirlərini və onların istifadəsinin hüquqi tənzimlənməsinə olan ictimai münasibəti öyrənmək məqsədilə keçirilib.
Minval.info xəbər verir ki, 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qadağanı dəstəkləyənlərin payı 91,2%-dir. Həmin respondentlərin 67,9%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini bildirib. Sorğu iştirakçılarının 87,5%-i isə uşaqların sosial şəbəkələrdən istifadəsinin onların təhsil və tərbiyəsinə mənfi təsir göstərdiyini düşünür.
Respondentlərin 93,1%-i sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun hesab edir. Sorğunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti (81,8%) informasiyanı sosial şəbəkələrdən əldə edir. Gənclər arasında bu rəqəm 94,1%-ə çatır. Məlumat mənbələrinə ictimai etimad səviyyəsinə görə isə ilk yeri televiziya tutur – 64,6%.
Sosial şəbəkələrdən istifadə məqsədləri arasında gündəmi izləmək və məlumat əldə etmək 78,2% ilə ilk sırada yer alır. Bununla yanaşı, sosial şəbəkələrdən istifadə edən respondentlərin yarısı bu platformalarda qarşılaşdıqları məlumatların doğruluğunu ümumiyyətlə yoxlamır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib