Sosial media tələləri: Dostlarınızın adından gələn mesajlara aldanmayın!
Son günlərdə “WhatsApp” və digər sosial media platformalarında vətəndaşların adlarına oxşar hesablar yaradılaraq yaxınları ilə əlaqə saxlanılması və müxtəlif bəhanələrlə pul tələb edilməsi halları artmaqdadır.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə vətəndaşları məlumatlandırıb. Nazirlikdən bildirilib ki, kiberdələduzlar tanıdığınız şəxslərin ad və fotoşəkillərindən istifadə edərək saxta hesablar yaradır və yaxınlarına təcili pul göndərilməsini xahiş edirlər.
Vətəndaşlara müraciət edərək, bu cür mesajlara qarşı diqqətli olmaları, tanıdıqları şəxslərin adından göndərilən şübhəli müraciətlərə dərhal inanmamaları tövsiyə olunur. Əgər tanıdığınız şəxsin adından pul göndərilməsi barədə mesaj alarsınızsa, əvvəlcə həmin şəxslə başqa vasitələrlə əlaqə saxlayaraq məlumatın doğruluğunu yoxlayın.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Profil fotosunun və adının tanış olması hesabın həmin şəxsə aid olduğunu təsdiq etmir. Şübhəli hesablar və mesajlarla qarşılaşdıqda pul göndərməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, şübhəli keçidlərə daxil olmayın. Kiberdələduzluq halları ilə üzləşdikdə dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial media hesablarına müraciət edin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir