Sosial məzuniyyət kimlər üçün nəzərdə tutulub?
İşləyən qadınlar hamiləlik və doğuşdan sonrakı dövrlərdə ümumilikdə 126 təqvim günü ödənişli məzuniyyət hüququna malikdirlər. Bu məzuniyyətin 70 günü doğuşdan əvvəl, 56 günü isə doğuşdan sonra verilir.
Minval.info xəbər verir ki, doğuşdan əvvəlki məzuniyyət müddəti, doğuş gözlənilən tarixdən uşağın doğulduğu günə qədər olan müddətə uyğun olaraq uzadıla bilər. Bu halda, doğuşdan sonrakı məzuniyyət müddəti qısaldılmır.
İki aylığadək uşağı övladlığa götürən qadınlar da doğuşdan sonrakı 56 günlük ödənişli sosial məzuniyyətdən yararlana bilərlər. Kişilər isə tibb müəssisəsinin arayışı əsasında, doğuşdan əvvəl və sonra cəmi 14 təqvim günü ödənişli məzuniyyət ala bilərlər.
Uşağa birbaşa qulluq edən valideynlərdən biri və ya ailənin digər üzvü, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün qanunla müəyyən edilmiş məbləğdə qismən ödənişli sosial məzuniyyət hüququna sahibdirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"