ŞOK: “Vaqner”in Ukraynaya məhbusları apardığı üzə çıxdı
İyulun əvvəlində “Vaqner” özəl hərbi şirkəti tərəfindən müharibəyə cəlb edilən Sankt-Peterburqdakı “Yablonevka” 7 saylı cəzaçəkmə müəssisəsindən (ÇM) olan üç məhkum həlak olub, ikisi yaralanıb və onlar Luqanskdakı xəstəxanalardan birindədir.
“Minval.info” Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə məhkumların qohumları ilə əlaqə saxlayan mənbələrə istinadən “Vajnıye istorii”nin məlumatında deyilir.
Onların sözlərinə görə, tibbi sənədlərdə məhkumların əsl adları yox, təxəllüslər – ləqəblər və ya şərti adları var. “Yaralılar xəstəxanada həqiqi adlarla deyilsə, görünür, ölənlər də ləqəblə basdırılacaq. Söhbət mərhumun yaxınlarının pulu necə əldə etməsidir. Çünki İvan İvanovla qohumluğu sübuta yetirmək olarsa, o zaman hansısa “filankəs”lə qohumluğu necə sübut etmək olar? Çox güman ki, qohumlar bu insanların ölümü üçün pul görməyəcək “, – deyə vəkil Leonid Krikun “Vajnıye istori”yə izah edib.
Bundan əvvəl “Vajnıye istorii” nəşri Sankt-Peterburqdakı ÇM-7 “Yablonevka” və ÇM-6 “Obuxovo” məhbuslarının Rostov vilayətinə aparıldığını yazmışdı. “Vajnıye istori”yə görə, eyni koloniyaların məhbuslarına “Vaqner”in nümayəndələri Donbasa “könüllü” getməyi təklif ediblər. Sankt-Peterburqun İctimai Nəzarət Komissiyasının məlumatına görə, Federal Penitensiar Xidmətin yerli şöbəsi bu məlumatı şayiə adlandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur