Şəki yaylası faciəsi: Sahibkarı hansı cəza gözləyir?
Şəki rayonunda yerləşən ‘Şəki yaylası’ istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat qəzası ilə bağlı yeni məlumatlar əldə edilib. Hadisənin səbəbi olaraq kanatın trosunun qırılması deyil, asılqanlı diyircəyin trosdan çıxması göstərilir. İddialara görə, kanatdan istifadə edən şəxslər sığorta sənədinə imza atmışdılar.
Minval.info xəbər verir ki, bu hadisə ilə əlaqədar sahibkarın hansı cəza ilə üzləşə biləcəyi maraq doğurur. Əgər texniki nasazlıq və təhlükəsizlik qaydalarının pozulması müəyyən edilərsə, məsuliyyətin kimlərə aid olacağı sual altındadır.
Vəkil Leyla Salamova bildirib ki, kanatın texniki vəziyyətinə nəzarət etməli olan hüquqi şəxsin müvafiq işçisi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən, səhlənkarlıq nəticəsində iki və daha çox şəxsin ölümünə səbəb olan əməllər üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində baş verib və faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?
Siyəzəndə borc mübahisəsi qətllə nəticələndi
Salyanda ailə faciəsi: ana həyatını itirdi, ata və gəlin yaralandı
Səday Alıyevə qarşı cinayət işi: Üç milyon manatlıq mənimsəmə ittihamı