SOCAR rəsmisi TANAP üzrə işlərin tamamlanacağı vaxtı açıqladı

SOCAR-ın rəsmisi İbrahim Əhmədov deyir ki, 2020-ci ildə TANAP kəməri TAP kəmərinə calaşdırılaraq Avropa bazarına qazı çatdıra biləcək
“TANAP vasitəsilə Türkiyə və Avropa sərhəddinə qaz çatdırılacaq”. Sputnik Azərbaycan-ın məlumatına görə bunu Xəzər TV-yə müsahibəsində SOCAR rəsmisi İbrahim Əhmədov deyib.=
O bildirib ki, üç seqmentdən ibarət olan Cənub Qaz Dəhlizi layihəsində boruların ümumi uzunluğu 3500 km təşkil edir: “Azərbaycandan Avropanın cənub sərhədlərinə doğru uzanan boru kəmərləri üç hissədən ibarətdir. TANAP kəməri bu hissələrin yarısından çoxunu təşkil edir. 2019-cu ildə TANAP üzrə işlər tamamlanacaq, bununla da qaz Avropa bazarına çatdırıla bilər. 2020-ci ildə TANAP kəməri TAP kəmərinə calaşdırılaraq Avropa bazarına qazı çatdıra biləcək”.
Ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dolların sabaha olan məzənnəsi
Dolların sabaha olan məzənnəsi
Rusiya qazının Avropaya nəqli üçün TAP kəmərindən istifadə oluna bilər
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Azərbaycanda dilənçilər də vergi verə bilər - VİDEO
Azərbaycanın bank sektorunda müştəri hesablarının sayı bu il 2,6 mln artıb
Azərbaycanda “Coca-Cola”ya cərimə yazıldı