Bank kartlarından da vergi tutulacaq? - İZAH
“Vətəndaşların banklarda, yaxud da bank kartlarında saxlanılan pullarına görə gələn gəlirdən kart qalığına görə vergi tutulacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkil deyir ki, bank vətəndaşların banklarda, yaxud da bank kartlarında olan vəsaitlərin özündən vergi tuta bilməz:
“Bank vətəndaşın bankda, yaxud da bank kartında olan puluna hər ay faiz ödəyir. Yəni, hər ay vətəndaşın bankda olan vəsaitinin üzərinə pul gəlir, bank da həmin gəlirdən 10% vergi tutacaq. Həmin pul vətəndaşın gəliridir. Əgər, bank kartdakı pulun üzərinə faiz ödəyirsə, bu, əmanət sayılır. Qanuna görə, əmanətin faizindən 10% vergi ödənməlidir. Vergi isə əmanətin üzərinə gələn faizdən tutulur”.
Əkrəm Həsənov deyir ki, bank kartda olan vəsaitlərə görə vətəndaşa faiz ödəmirsə, heç bir halda heç bir vergi tuta bilməz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR