Socar-KBR menecerinin idarə etdiyi "binəqədi-38" mmmc-də sakinlərin narazılığı artır: Möhürsüz hesabatlar və təhlükəsizlik problemləri gündəmdə
Azərbaycanda Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətləri (MMMC) ilk dəfə 2014-cü ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Bu cəmiyyətlərin yaradılması, Mənzil Məcəlləsinin tətbiqi və çoxmənzilli binaların idarə edilməsində yeni üsulların təşviqi məqsədini daşıyır. Lakin MMMC-lərin fəaliyyətinə nəzarət edən konkret bir qurumun olmaması, idarəetmə və nəzarət məsələlərində özbaşınalığa yol açır.
Minval.info xəbər verir ki, “Binəqədi-38” MMMC-nin rəhbərliyi, qanunvericiliyin tələblərinə uyğun heç bir yığıncaq və ya seçki keçirmədən, sakinlərdən imza toplayaraq cəmiyyəti 29 mart 2024-cü ildə Ədliyyə Nazirliyində qeyri-kommersiya hüquqi şəxs kimi qeydiyyatdan keçirib. Bu barədə Ədliyyə Nazirliyinə müraciət edilsə də, sakinlərə yerli məhkəməyə müraciət etmələri tövsiyə olunub.
“Binəqədi-38” MMMC artıq iki il beşinci aydır ki, VÖEN olmadan fəaliyyət göstərir. Burada çalışan işçilər, o cümlədən komendant və təmizlik işçiləri, rəsmi əmək müqaviləsi olmadan çalışırlar. Dövlət Vergi Xidmətinə və digər aidiyyəti qurumlara edilən müraciətlər isə cavabsız qalıb. Kommunal haqların nağd şəkildə və ya şəxsi kart hesablarına toplanması, “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərinə ziddir.
ƏLAQƏLİ
Şıxovda faciə: İki qadının həyatını itirməsinin təfərrüatları açıqlandı
“Binəqədi-38” MMMC-nin sədri və SOCAR-KBR-də Boru Kəmərləri Departamentinin meneceri Eldar Səfərovun sakinlərə təqdim etdiyi möhürsüz və imzasız hesabatlar da şübhə doğurur. Binanın sakinləri arasında kommunal haqqını ödəməyənlərə qarşı heç bir tədbir görülmür və bu, digər sakinlərin narazılığına səbəb olur. Binada yanğın əleyhinə avadanlıqların bərbad vəziyyətdə olması və digər təhlükəsizlik problemləri də diqqətə alınmır.
Ümumilikdə, “Binəqədi-38” MMMC-nin fəaliyyəti ilə bağlı çoxsaylı problemlər var və bu problemlərin həlli üçün aidiyyəti qurumların müdaxiləsi tələb olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şıxovda faciə: İki qadının həyatını itirməsinin təfərrüatları açıqlandı
Zaqatalada faciəvi qəza: İcra başçısının sürücüsü həyatını itirdi
Müctəba xameneinin sirli yoxluğu: Ölübmü, yoxsa ağır yaralıdır?
Avropada iqlim dəyişikliyi: Anormal istilər və insan sağlamlığına təsiri