SOCAR-ın Ukraynaya idxal etdiyi dizelin həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi “SOCAR New Energy” avqust ayında Ukraynaya “Rosneft” istehsalı olan 104,6 min ton dizel yanacağı idxal edib.
Minval.info bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.
Hesabat dövründə Rusiyadan Ukraynaya dizel yanacağı tədarükü 8 faiz azalaraq 183,2 min ton təşkil edib. Bunun 78,7 min tonu dəmir yolu ilə idxal edilib k, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur.
Ümumilikdə, avqust ayında Ukraynaya dizel yanacağı tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artaraq 649 min tona çatıb. Bu, son iki il ərzində qeydə alınan ən yüksək göstərici olub.
Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini 2009-cu ilin dekabrında yaradılmış “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ
Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
Bu ölkə “Lukoyl”un aktivlərini ALIR
Gələn il pensiyalar nə qədər artırıla bilər?
Azərbaycana uşaqlar üçün yeni vaksinlər gətiriləcək