SOCAR-ın nə qədər qaz ehtiyatı var? - RƏSMİ

2021-ci il yanvar ayının 1-nə SOCAR-ın Azərbaycanda təsdiq edilmiş qaz ehtiyatlarının həcmi açıqlanıb.
Minval.info-nun Dövlət Neft Şirkətinin (SOCAR) “Davamlı İnkişaf Hesabatı-2020”dən əldə etdiyi rəqəmlərə əsasən, şirkətin təsdiq edilmiş ümumi qaz ehtiyatlarının həcmi 101 449 000 000 kubmetr olub.
Bu, 2020-ci ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə (illik müqayisə) 1,97 faiz çoxdur.
SOCAR-ın müvafiq dövrdə təsdiq edilmiş, işlənmiş və istehsala daxil edilən qaz ehtiyatlarının həcmi 46 892 000 000 kubmetr (illik müqayisədə 8,5 faiz az), təsdiq edilmiş, işlənmiş və istehsala daxil edilməyən qaz ehtiyatlarının həcmi 3 509 000 000 kubmetr (illik müqayisədə 13,4 faiz az), təsdiq edilmiş və işlənmiş qaz ehtiyatlarının həcmi 50 401 000 000 kubmetr (illik müqayisədə 8,9 faiz az), təsdiq edilmiş və işlənməmiş qaz ehtiyatlarının həcmi 51 049 000 000 kubmetr (illik müqayisədə 15,6 faiz çox) olub.
Qeyd edək ki, 2020-ci il yanvar ayının 1-ə Dövlət Neft Şirkətinin təsdiq edilmiş ümumi qaz ehtiyatlarının həcmi 99 486 000 000 ton olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir