Socar 2025-ci ildə rekord gəlir əldə etdi: 86,3 milyard manatlıq nailiyyətlər və strateji addımlar
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb. Şirkətin gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat təşkil edib.
Minval.info xəbər verir ki, ötən il qlobal enerji bazarlarında geosiyasi qeyri-müəyyənliklər və artan enerji tələbi fonunda SOCAR beynəlxalq aktivlərini genişləndirərək əməliyyat səmərəliliyini artırıb. Şirkət, həmçinin xərclərin optimallaşdırılması istiqamətində mühüm addımlar atıb.
2025-ci ildə SOCAR strateji investisiyalarını davam etdirib. Bu çərçivədə “Bahar” və “Qum-Dəniz” yataqlarında 80% pay alınıb, İsrailin “Tamar” qaz yatağında 10% iştirak payı əldə edilib. Türkiyədə yeni enerji layihələri və rəqəmsal infrastruktur sahələrində də mühüm investisiyalar həyata keçirilib.
Əməliyyat mənfəəti əvvəlki illə müqayisədə 80% artaraq 5,2 milyard manata çatıb, xalis mənfəət isə təxminən 3 milyard manat olub. SOCAR-ın EBITDA göstəricisi 10,9 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 26% artım deməkdir. Gəlirlərin əsas hissəsi xam neft, neft-kimya məhsulları və təbii qazın satışından əldə olunub.
Əməliyyat fəaliyyətindən yaranan mənfəət artımı pul vəsaitlərinin hərəkətinə də müsbət təsir göstərib, burada 136% artım qeydə alınıb. SOCAR dövlət büdcəsinə ən çox vergi ödəyən şirkət olaraq ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.
2025-ci ildə SOCAR dövlətə 3,8 milyard manat məbləğində dividendlər və digər ödənişlər edib. 2021-2025-ci illər ərzində isə ümumilikdə 15,9 milyard manat məbləğində ödənişlər həyata keçirilib. Bu dövrdə dövlət tərəfindən SOCAR-a 1,6 milyard manat həcmində vəsait yatırılıb.
SOCAR-ın 2025-ci il üçün konsolidasiya edilmiş maliyyə hesabatı “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindən təsdiqlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib