Sloveniyada ölü qarğalarda Qərbi Nil virusu tapıldı
Sloveniyanın paytaxtı Lyublyana və Qrosuplye şəhərlərində aparılan araşdırmalar nəticəsində ölü qarğalarda Qərbi Nil virusu aşkar edilib. Minval.info xəbər verir ki, bu barədə ölkənin Qida və Baytarlıq Təhlükəsizliyi İdarəsi məlumat yayıb. Sonuncu dəfə 2024-cü ildə quşlarda bu virusa rast gəlinmişdi. Bu il isə ölkədə insanlarda Qərbi Nil virusuna yoluxma halı qeydə alınmayıb.
Mütəxəssislər bildirirlər ki, qarğalar və digər quşlar virusun təbii rezervuarı rolunu oynayır. Virus əsasən “Culex” cinsindən olan ağcaqanadların dişləməsi ilə insanlara keçir. Hazırda Qərbi Nil virusuna qarşı peyvənd mövcud deyil. İnkubasiya dövrü adətən 2-14 gün davam edir, lakin immun sistemi zəif olan şəxslərdə bu müddət 21 günə qədər uzana bilər. Yoluxanların təxminən 80 faizində heç bir əlamət müşahidə olunmur, digər hallarda isə qızdırma, halsızlıq, ürəkbulanma, qusma, baş və əzələ ağrıları kimi simptomlar ortaya çıxa bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"