Siyavuş Novruzovdan etiraz: “...insanların evinə gələn çörək pulunu kəsməyə başlamışıq”
Milli Məclisin komitə sədri Siyavuş Novruzov növbədənkənar sessiyanın iclasında əlilliklə bağlı məsələyə münasibət bildirərkən təklif edib ki, pensiya yaşı müxtəlif təbəqələr üzrə fərqli qaydada müəyyənləşdirilsin:
“Biz pensiya yaşı ilə bağlı məsələyə yenidən baxmalıyıq. Məsələn, tikintidə işləyənlə müəllimin pensiya yaşının eyni görülməsi düzgün deyil. 65 yaşında insan tikintidə fəhlə işləyə bilməz. Burada yanaşma tərzi dəyişdirilməlidir. Ağır sahədə çalışan insanlar üçün yaş həddi digərləri ilə eyni tutulmamalıdır. Necə ki hüquq-mühafizə orqanlarında pensiya yaşı 55 yaşdır”,
Musavat.com xəbər verir ki, deputat əlilliyi olan şəxslərin statusunun ləğv edilməsindən narahatlığını da ifadə edib: “Onlara heç olmasa 2 ay kompensasiya verilməli, iş yeri müəyyən edilməlidir. Bu gün bu insan təqaüd alır, səhər bunu ləğv edirlər. Bu insanın dolanışığı bu təqaüdlədir. Dövlətimiz işləməyənlərə 190 manat verdiyi bir vaxtda biz insanların evinə gələn çörək pulunu kəsməyə başlamışıq. Bu məsələdə ciddi iş aparılmalıdır. Onların böyük hissəsi sosial pensiyaya yönəldilməlidir. İkincisi, əlilliyin dəqiqləşməsində problemlər var, bu proses çox çətin gedir”.
Bundan başqa, deputat Qarabağda döyüşməyən şəxslərin Qarabağ əlillərinin adından istifadə etməsinin cəmiyyətdə çox böyük problemlər yaratdığını da qeyd edib:
“Onlar ola bilər avtomobil qəzasında əlil olublar. Onlar da əlildir. Amma Qarabağ əlillərinin reyestrinin yaradılmaması bu kimi hallara gətirib çıxarır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
65 yaşdan yuxarı şəxslərə şad xəbər - Qadağa bitdi
Məmmədyarov beynəlxalq tədbirdə Ermənistanı sərt tənqid etdi
Həsən Ruhani Azərbaycana səfərə dəvət edilib
Prezident İlham Əliyevin oğlu belə and içdi (VİDEO)
Ramiz Mehdiyevin “sağ əli”: Çeviriliş xəbərləri və kölgədəki adam...