Siyavuş Novruzov səhhəti ilə bağlı sualı cavablandırıb
“Özümü yaxşı hiss edirəm, gördüyünüz kimi, hər zaman iş başındayam”.
“Minval.info” xəbər verir ki, bunu teleqraf.com saytına müsahibəsində YAP İcra Katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bir müddət əvvəl səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
Deputat istirahətə getmədiyini vurğulayıb: “Yayda Naxçıvana gedirəm, seçki dairəm də oradadır, gedib seçicilərimlə görüşürəm”.
S. Novruzov həmçinin Məhəmməd Əmin Rəsulzadənin Novxanıda barelyefinin oğurlanması ilə bağlı məsələyə də münasibət bildirib. Millət vəkili bu barədə məlumatının olmadığını vurğulayıb. M. Rəsulzadənin onun üçün kim olması barədə sualı isə belə cavablayıb:
“Rəsulzadə müstəqil Azərbaycan dövlətinin qurucularından biridir. Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlər Azərbaycanın fəxridir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!