Siyavuş Novruzov: "Azərbaycan ordusu dünyadakı qabaqcıl ordular sırasındadır"
“Azərbaycan ordusu nəinki Cənubi Qafqazda, eləcə də dünyadakı qabaqcıl ordular sırasındadır. Belə ki, mütəmadi şəkildə ordumuz üçün yeni hərbi texnikalar alınır. Ordumuzda daim keyfiyyətli təlimlər keçirilir ki, bu da NATO standartlarına uyğundur. Hətta texnikalarımız da həmin standartlara uyğundur”.
“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bəzən hərbi sahədə istifadə olunan texnikalardan düzgün istifadə edilməməsi nəticəsində onların sıradan çıxması ölkəmizə ziyan vura bilər:
“Bilirik ki, orduda qulluq ikili sistem əsasında həyata keçirilir. Çağırışla hərbi xidmətdə qulluq keçənlər üçün texnikalardan istifadə üçün təlimlərə cəlb etmək tezdir. Yalnız o halda bu icra edilə bilər ki, onlar öz fəaliyyətini gələcəkdə bu sahədə davam etdirmək istəyə. Bu zaman texnikalardan düzgün istifadə həmin avadanlıqların zərər çəkməməsinə gətirib çıxara bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?