Sivasda Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər
Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttində yükdaşımalar ilə əlaqədar Türkiyənin Sivas vilayətində Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə TÜDEMSAŞ-ın (Türkiyə Dəmiryolu Makinaları Sənayesi Anonim Şirkəti) baş direktoru Məhmət Başoğlu məlumat verib.
Baş direktor hazırda bununla əlaqədar Azərbaycan tərəfilə müzakirə aparıldığını açıqlayıb. Türkiyə və Azərbaycan arasında dəmir yolları xətləri fərqli olduğundan 2 vaqon nümunəsi hazırlanıb və testdən keçiriləcək. Razılaşma əldə olunarsa, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə imzalanacaq müqavilə çərçivəsində 36 milyon dollar dəyərində 600 vaqon istehsal olunacaq.
TÜDEMSAŞ-ın baş direktoru hazırda BTQ dəmiryolunda şirkətin 150 yük vaqonu ilə yük daşındığını da nəzərə çatdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi