Şirvan kanalında təmir: Suyun verilişi necə bərpa olundu?
Şirvan kanalının Göyçay rayonu ərazisində yerləşən və sızma baş vermiş hissəsindəki bəndin təmiri artıq tamamlanıb. Təmir-bərpa işləri tam şəkildə başa çatdırılıb.
Minval.info xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarına suyun verilişi bərpa edilib. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının su ilə təminatı isə sabah axşam saatlarına qədər tam həcmdə bərpa olunacaq, bütün ərazilərə suyun verilməsi isə 7 avqust səhər saatlarından etibarən həyata keçiriləcək.
Hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub və işlər dərhal başlanılıb. Operativ tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa edilib və suyun verilişi mərhələli şəkildə təmin olunub. Su təminatında yaranan müvəqqəti fasilələrə görə ərazilərə su maşınları göndərilib və vətəndaşlar su ilə təmin olunublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib