Siqareti tərgidənlərdə bu risk yaranır
Siqareti tərgitdikdən sonra çəkinin artması nəticəsində ikinci dərəcəli şəkərli diabet “qazanmaq” olar.
Trend-in məlumatına görə, bu nəticəyə Harvard Universitetinin Xalq Sağlamlıq Məktəbinin (Harvard T.H. Chan School of Public Health) mütəxəssisləri gəliblər.
Eyni zamanda “New England Journal of Medicine” saytının yaydığı xəbərə görə, siqaretdən imtina ürək-damar xəstəlikləri, xərçəng və erkən ölüm riskini azaldır.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Ekspertlər qeyd edirlər ki, siqaretdən imtina etdikdən sonra çəkinin artması diabetin inkişafına səbəb olur. Digər tərəfdən isə əvvəllər keçmiş siqaret çəkən şəxs çəkinin artmaması üçün ciddi səylər göstərsə, diabet riski nəinki çoxalmayacaq, hətta uzun zaman azalacaq.
ABŞ-da 19 il ərzində 171 150 nəfər kişi və qadın arasında aparılmış təhlillərə görə, siqareti atanlarda diabet riski çəkənlərlə müqayisədə 22% daha çox olub. Bu göstəricilər siqareti atdıqdan 5-7 il sonra pik həddə çatıb, lakin sonra tədricən azalıb.
Keçmiş siqaret çəkənlər nə qədər çəki alsalar, onlarda ikinci dərəcəli diabet riski daha çox artırdı. Kilo almayan şəxslər arasında isə diabet riski qeydə alınmırdı. Bundan əlavə, uzun müddət siqaretdən imtina diabet riskinin davamlı azalmasının göstəricisidir və bu göstəricilər onilliklər ərzində davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar