“Sipark” şirkətinin vəkili xüsusi açıqlama yaydı: “Məhkəməyə müraciət edəcəyik”

Bu gün “Sipark” İnşaat və şirkətin rəhbərliyi haqda bir neçə saytda və sosial şəbəkə səhifələrində bəzi məlumatlar yayılıb. Həmin məlumatlarda tanınmış qadın müğənnilərlə “Sipark” rəhbərliyinin özəl münasibətindən söz açılır.
Əslində bir gün öncəyə qədər bu məlumatda qadın müğənnilərlə başqa bir şəxsin adı hallanırdı. Maraqlıdır ki, sonradan hansısa səbəbdən müğənnilərlə “Sipark” rəhbərliyinin “eşq yaşadığı” barədə xəbərlər yayılmağa başladı.
Musavat.com bildirir ki, bununla bağlı “Sipark” şirkətinin hüquqşünası, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev xüsusi açıqlama yayıb. Musavat.com vəkilin açıqlamasını təqdim edir:

Vəkil Vüqar Babayev
“Bildirmək istəyirik ki, bəzi saytlarda “Sipark” şirkəti və onun təsisçiləri haqqında həqiqətdən uzaq, təhqir və böhtan dolu yazılar yayılıb. Həmin məqalələrdə göstərilənlərin hamısı qərəzli olmaqla, böhtan xarakterlidir, şərəf və ləyaqəti, işgüzar nüfuzu qəsdən ləkələmək məqsədi daşıyır. Xatırladırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyi bu cür təhqir və böhtan xarakterli yazıları dərc edən şəxslər, o cümlədən kütləvi-informasiya vasitələri üçün çox ciddi məsuliyyət müəyyən edir. Bir daha bəyan edirik ki, “Sipark” şirkətinin və onun məqalədə adı keçən rəhbər şəxslərinin orada adları göstərilən insanlarla və hadisələrlə heç əlaqəsi yoxdur. Buna görə də biz öz şərəf və ləyaqətimizin müdafiəsi və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə, həmçinin hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
“Sipark”dan musavat.com-a verilən məlumata görə, xəbəri ilk yayan sayt artıq bunu öz səhifəsindən silib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!