14.07.2018 - 15:50
Lent
25 baxış
Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Minval.İnfo-ya verilən məlumata görə, havanın temperaturu gecə 25-27°, gündüz 32-36°, Bakıda gecə 25-27°, gündüz 33-35° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45% olacaq.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.
Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar ETSN çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edir.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
26.10.2026 - 17:34
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
20.10.2026 - 16:24
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
08.10.2026 - 15:28
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
06.10.2026 - 16:27
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
05.10.2026 - 16:27
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
04.10.2026 - 16:16
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
04.10.2026 - 13:14
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
03.10.2026 - 09:07