Sığorta dünyasında inqilab: Məxfiləşdirilən məlumatlar üçün unikal kod dövrü başlayır
Sığorta olunan şəxslərin məlumatlarının məxfiləşdirilməsi üçün unikal kodların tətbiqi nəzərdə tutulur.
Minval.info xəbər verir ki, bu yenilik Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası” çərçivəsində həyata keçiriləcək.
Qərara əsasən, sığorta vəsaitləri müxtəlif mənbələrdən formalaşdırılacaq. Bu mənbələr arasında, son iki il ərzində Dövlət Sosial Müdafiə Fonduna gecikdirilmiş ödənişləri olmayan banklarda yerləşdirilən depozitlərdən əldə edilən gəlirlər də var. Eyni zamanda, beynəlxalq reytinq agentliklərinin ölkə üzrə verdiyi reytinqdən maksimum iki pillə aşağı olan banklar və ölkədə fəaliyyət göstərən sistem əhəmiyyətli banklar da bu mənbələrə daxildir.
ƏLAQƏLİ
Türkiyədə milyard dollarlıq fond qalmaqalında "cinayətkar şəbəkə" aşkarlanıb
Sığorta haqlarının 5 faizə qədər hissəsi sığorta ehtiyatı fonduna yönəldiləcək. Toplanan sığorta vəsaitləri Nazirliyin xüsusi xəzinə hesabında saxlanılacaq və daha sonra Fondun xüsusi bank hesabına köçürüləcək.
Sığorta vəsaitlərinin idarə olunması və sığorta ehtiyatı fondundan istifadə məqsədilə Fond üçün müvafiq bank hesabları açılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə milyard dollarlıq fond qalmaqalında "cinayətkar şəbəkə" aşkarlanıb
İranda hərbi gərginlik: Azərbaycanda ərzaq bahalaşa bilər
Türkiyə 2027-ci il strategiyasında 13 turkorn yaratmağı hədəfləyir
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - Dəmir yolu qiymətləri dəyişəcək
Pensiya alanların diqqətinə: Gələn il artımlar necə hesablanacaq
Türkiyədə fond qalmaqalı: "Dünya" qəzetinin sahibi saxlanıldı
Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdi