Şeytan əməli: Seks, hicab, geylər və ölüm
Ötən gün təqdim edilən “Ağacdələn” filmi son illər baş verən sosial və ictimai yüklü məsələləri özündə birləşdirib.
Axşam.az xəbər verir ki, ekran işində medianın gündəmində uzun müddət qalan olaylar şeytanın timsalında təzahür edib.
Bunlardan ilki Səbail rayonunda yerləşən 134 saylı orta məktəbdə şagirdlərin intim münasibətdə olması ilə bağlı yayılan videodur. Filmdə zaman, məkan və yaş anlayışı fərqli olsa da, gizli mesajın həmin məktəbə vurulduğu açıq-aydın sezilir.
Belə ki, Əməkdar artist Sənubər İsgəndərli həmin məktəbin müəllimidir və sözügedən görüntüləri o, lentə alıb, sonra isə sosial şəbəkələrdə yayıb.
Filmdə Azad LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) təşkilatının sədri İsa Şahmarlının 2014-cü ildəki intiharı isə Elvin İbranın canlandırdığı Musa Şahbazlı obrazı ilə təsvir olunub.
Bundan başqa, ekran işində həkim səhvi nəticəsində sol ayağı əvəzinə, sağ ayağı kəsilən Tərlan Əliyevanın da mövzusuna da toxunulub.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Filmdəki diqqət çəkən digər məqamlar isə zorla hicaba məhkum edilən qadınlar, erkən evliliklər, təhsilsizlik, cəmiyyətin qınağı və başqa məqamlardır.
Qeyd edək ki, “Ağacdələn”in sonunda yeni filmin anonsu verilib. Belə ki, ikinci film intihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevaya həsr olunacaq.
https://www.youtube.com/watch?v=4JLi-Uyzwig
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər