“Sevda Ələkbərzadə qorxunc istedaddır” - “O səs Türkiyə” münsifləri
Ötən gün “O səs Türkiyə” yarışmasında türkiyəli iştirakçı Ayşenur Gül Əməkdar artist Sevda Ələkbərzadənin repertuarından mahnı ifa edib.
Axşam.az xəbər verir ki, onun “Elə demə” xalq mahnısını səsləndirməsi münsiflər tərəfindən maraqla qarşılanıb.
“Bu normalda Azərbaycan xalq mahnısıdır. Sevda Ələkbərzadə bunu etno-caz “cover” şəklində ifa edib” deyən iştirakçının sözlərinə Murat Boz reaksiya verərək, “Sevda Ələkbərzadə çox ciddi bir səsdir. Bilməyənlər üçün deyim ki, dünya standartlarında, qorxunc bir istedaddır” sözlərini söyləyib.
Seda Sayan isə “Qorxunc bir qırtlaqdır” deyə, sənətçini tərifləyib.
Qeyd edək ki, Murat Boz bir neçə ay öncə Azərbaycana səfər edərkən də Sevda Ələkbərzadənin heyranı olduğunu söyləmişdi.
https://www.youtube.com/watch?v=9w7ZG_lIv8o
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər