Seutaya miqrant axını: İspaniya bölgəyə əlavə hərbçilər göndərir
İspaniyanın Şimali Afrikada yerləşən Seuta şəhərinə qeyri-qanuni miqrant axını sürətlə artır. Mərakeşin Kastilyexos sahillərindən yola çıxan 800-dən çox miqrant, Seutaya keçməyə cəhd göstərib.
Minval.info xəbər verir ki, İspaniyanın dəniz xilasetmə xidməti 300-dən çox miqrantı, Qırmızı Xaç isə 117 nəfəri sudan xilas edib. Hadisə zamanı iki nəfərin meyiti tapılıb.
Sosial şəbəkələrdə bəzi miqrantların nərdivanla binalara çıxmağa çalışdığına dair görüntülər yayılsa da, onların evlərə daxil olmağa cəhd göstərməsi barədə iddialar İspaniya rəsmiləri tərəfindən təsdiqlənməyib.
Vəziyyətin ciddiliyi ilə əlaqədar İspaniya hökuməti Seutaya əlavə polis və hərbçilərin göndərilməsi qərarını qəbul edib. Baş nazir Pedro Sançes, hökumətin böhranın aradan qaldırılması üçün bütün imkanları səfərbər etdiyini vurğulayıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"