Sergey Lavrov gürcü jurnalistlərə - “Siz xəstəsiniz?” - Video
Rusiya xarici işlər naziri Sergey Lavrov gürcü jurnalistləri davranışlarına görə tənqid edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Gürcüstan KİV-in mümayəndələri, əsasən də “İmedi” və “1TVGe” kanalının qadın jurnalistləri bir-birlərini itəliyərək Rusiya xarici siyasət idarəsinin başçısına sual verməyə çalışıblar və bununla onu özündən çıxarıblar.
“Siz nəsə…xəstə qızlarsınız”,-deyə Sergey Lavrov onlara reaksiya verib.
Gürcüstan televiziya əməkdaşlarının davranışları Mariya Zaxarovanın ənənəvi mətbuat konfransında bəhs etdiyi mövzu olub. Gürcü jurnalistlərin Rusiyanın BMT-nin Cenevrə ofisindəki nümayəndə heyətinə Sergey Lavrovun Tiflisə gəlib-gəlməyəcəyi barədə soruşması rusların, daha doğrusu Rusiya XİN sözcüsünün xoşuna gəlməyib. Rusiya rəsmisi qonşu ölkənin mətbuat nümayəndərinin az qala nazir və yanındakılara hücum çəkdiklərini, lakin Lavrovun zərər görmədiyini deyib. Mariya Zaxarova jurnalist qızların davranışlarını “acı mənzərə” deyə təsvir edib.
Xatırladaq ki, bu ilin may ayının 14-15-də Avropa Şurası nazirlərinin komitə toplantısı keçirilməlidir. Gürcüstan müxalifəti Sergey Lavrovun həmin tədbirə buraxılmamasını tələb etsə də, prezident Salome Zurabişvili Tiflisin Rusiyadan gələn nümayəndə heyətini qarşılamağa hazır olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək