Sentyabr Bakıya yağış və şimşəklə gəlir
Sentyabrın 1-də Azərbaycanda hava şəraitinin yağışlı keçəcəyi proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın müəyyən ərazilərində qısamüddətli leysan xarakterli intensiv yağışlar və şimşək çaxması ehtimalı var. Səhər saatlarında yağıntının tədricən kəsiləcəyi, günün qalan hissəsində isə əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Arabir güclənən şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz isə 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə 75-85% arasında dəyişəcək.
Minval.info xəbər verir ki, Azərbaycanın digər rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv yağışlar, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, dağlarda isə gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib