SENSASİYA: Aprel döyüşlərinə qatılan ermənilər Afrində Türkiyəyə qarşı vuruşur
2016-cı ilin aprelində Azərbaycana qarşı döyüşən erməni, PKK və YPG terrorçuları bu gün Suriyada “Zeytun budağı” əməliyyatında Türkiyə ordusuna qarşı vuruşur.
Bunu azvision.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey deyib.
G.Gülbey vurğulayıb ki, Suriyada yaşayan ermənilər hər zaman Türkiyəyə qarşı olublar:
“Onlar ya Əsədin yanında, ya da YPG terror təşkilatının tərkibində Türkiyəyə qarşı döyüşüblər. Ermənilərin YPG və PKK ilə birlikdə hərəkət etdiklərini dəfələrlə bildirmişik. 2016-cı ilin aprelin döyüşləri zamanı İran və Türkiyənin Ağrı dağı bölgəsindən keçərək Ermənistana dəstək üçün 400 nəfər PKK və YPG yaraqlısı gedib. Onların 150-i Suriyaermənisi, 250-i isə Suriya və Türkiyə mənşəli PKK üzvü kürdlər idi”.

ASİMDER rəhbərinin sözlərinə görə, Türkiyədə yaşayan ermənilərin katolikosu türk ordusuna müvəffəqiyyət arzulasa da, onun səmimiliyi inandırıcı deyil: “Katolikos Almaniyada yaşayan ermənilərin ruhani lideri Qaraqin Bekçiyandır. Bu adam Avropada və Almaniyada HDP, yəni PKK və YPG-nin siyasi qanadı olan partiyaya səs toplayıb. Belə bir düşüncəyə sahib birinin Türk ordusuna müvəffəqiyyət arzulaması nə qədər inandırıcı ola bilər? Bu baxımdan katolikosun səmimiliyinə inanmıram və ermənilərə güvənmirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəsmilər təcili olaraq Şəkiyə gedir — Hadisə ilə bağlı
“Ramiz Mehdiyevlə Şəhidlər Xiyabanı tərəfdə görüşdüm” – Sirlər açılır
Polisə karantin postlarının qurulması göstərişi verilib?
Prezident təhsil nazirini təyin etdi - SON DƏQİQƏ
Fazil Mustafaya atəş açan şəxslə bağlı şok detallar (FOTOLAR)
İrandan gələn 4 nəfər də xəstəxanaya yerləşdirildi