Senatorlar Azərbaycanda LGBT icmasına təzyiqlərdən narahatdır

Bir qrup amerikalı senator Azərbaycanda LGBT icması üzvlərinin saxlanması ilə əlaqədar ABŞ dövlət katibinə müraciət edib.
Onlar ABŞ administrasiyasını bu məlumatları araşdırmağa və təzyiqlərlə bağlı hər hansı məlumat təsdiqlənərsə bunu pisləməyə çağırıb.
Bu haqda Human Rights First hüquq-müdafiə təşkilatı (https://www.humanrightsfirst.org/press-release/senators-urge-trump-administration-investigate-reported-persecution-azerbaijans-lgbt) məlumat yayıb.
Müraciətin təşəbbüskarları respublikaçı senator Pat Tommi və democrat Ron Viqendir.
Onlar regionda LGBT nümayəndələrinə təzyiqlərin artdığını qeyd edirlər. Həmçinin məktubu senatorlar Tammi Baldvin, Susan Collins, Jeffrey Merkley, Marco Rubio, Jeanne Şahin və Tom Tillis də imzalayıb.
Məktubda ümid edilir ki, dövlət katibi Tillerson senatorların çağırışını eşidəcək və bu məsələ ilə məşğul olacaq.
Yerli medianın məlumatına görə sentyabrın ortalarında Azərbaycanda onlarla LGBT nümayəndəsi saxlanılıb. Onlar inzibati cərimələrə və həbslərə məruz qalıb.
Polis bunu ictimai asayişin qorunması və saxlanılanların turistlərə “pullu intim xidmətlər” təklif etməsi ilə izah edib.
Bu hərəkət beynəlxalq rezonans doğurub və həbs edilənlərin çoxu buraxılıb.
Rəsmi məlumatlara görə, 56 nəfər inzibati qaydada həbs edilib. Onların 32-də yolxucu xəstəlik aşkar edilib və müalicəyə göndərilib.
Oktyabrın 2-də Baş Prokurorluğun yaydığı məlumata görə, həbs olunan olmayıb (“Amerikanın səsi”).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"