16.01.2019 - 19:24
Ölkə
19 baxış
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı bəyanat yaydı - VİDEO

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə Azərbaycana küləklə birlikdə “donuz qripi” virusunun gəlməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Qaynarinfo-ya daxil olan bəyanatda bildirilib ki, bu barədə yayılan məlumat həqiqətəuyğun deyil.
Qeyd olunub ki, ölkədə “donuz qripi” virusu yayılmayıb: “Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”.
Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmrindən sonra şəxsiyyəti məlum olmayan bir xanım “Whatsapp”da səs yayaraq bunun hansısa virusla bağlı olduğunu iddia edib: “Donuz qripi” ilə bağlı yalnız uşaqları tutan virus göndərilir. Kimin körpə uşağı varsa hamısını xəbərdar edin, heç evin eyvanına da çıxmasınlar. Həyətə çıxmayın, qapını açmayın, pəncərələri açıb evi havalandırmayın”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
19.09.2026 - 14:22
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
19.09.2026 - 14:15
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
19.09.2026 - 13:33
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
19.09.2026 - 12:51
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
19.09.2026 - 12:37
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
19.09.2026 - 12:16
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
19.09.2026 - 12:09
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı
19.09.2026 - 11:48