Seçki kampaniyasına damğasını vuran o möhtəşəm görüşdə nələr oldu - VİDEOXÜLASƏ
Deputatlığa namizəd Rauf Arifoğlunun apardığı seçki kampaniyası bütün ölkənin diqqətindədir.
35 saylı Xətai üçüncü seçki dairəsindən öz namizədliyini irəli sürmüş qəzetçi -yazarın qurduğu təbliğat – təşviqat prosesinin hər bir mərhələsi hadisə statusundadır. Seçiciləri ilə açıq meydanlarda böyük mitinq – görüş keçirdən, inanclı sakinlərlə cümə namazına qatılan, vətəndaşların evlərinin qapısını döyüb, onlarla birəbir ünsiyyət quran R. Arifoğlunun seçki texnologiyası ölkə miqyasında hər kəsdən fərqlənir, eləcə də yüksək diqqət çəkir.
29 yanvarda seçicilərlə “Şəms” mərasim evində keçirilən görüş də ölkə ictimaiyyətinin diqqətini çəkən hadisələrdəndir. Bu detalı diqqətə çatdıraq ki, 400 nəfərlik oturma yeri olan mərasim evində hətta ayaqüstə dayanmağa da yer qalmamışdı.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Təxminən 100 seçici də R.Arifoğlunun çıxışını mərasim evinin çölündə, ayaqüstə dinləyib. Musavat.com həmin görüşdən yazılı, fotolu reportaj verib. Bu dəfə isə seçicilərlə deputatlığa namizədin 29 yanvar görüşündən geniş xülasə diqqətinizə təqdim olunur. Baxın, özünüz qiymət verin.
Musavat.com
https://www.youtube.com/watch?v=u8ygFfiT_I0&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda