Sebutada miqrant dramı: İspan sahillərinə ölümcül səyahət 72 can aldı
Sebutada baş verən miqrant faciəsi nəticəsində dəniz yolu ilə İspaniyaya keçmək istəyən 72 nəfər həyatını itirib.
Minval.info xəbər verir ki, iyulun 31-də İspaniya ərazisinə dəniz yolu ilə keçməyə çalışan on minlərlə miqrantın əksəriyyəti sonradan Mərakeşə geri qaytarılıb. İspaniya hərbçiləri və polis əməkdaşları onların sərhədə qədər müşayiət olunmasını təmin edib.
Hadisə zamanı miqrantların bir qismi üzərək sahilə çatmağa çalışıb. Dənizdə bir neçə nəfərin meyiti, eləcə də atılmış xilasetmə vasitələri və üzgüçülük avadanlıqları tapılıb.
Kütləvi axının səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Sosial şəbəkələrdə İspaniyaya asanlıqla keçidin mümkünlüyü barədə yayılan paylaşımlar insanları bu addıma sövq edib. Sosial mediada “İspaniya açıqdır” məzmunlu çağırışların geniş yayıldığı bildirilir.
Miqrantların əksəriyyətinin Mərakeş vətəndaşları olduğu qeyd olunur. Onların bir çoxu Sebutaya çatdıqdan sonra Avropanın digər bölgələrinə keçidin mümkün olmadığını anlayaraq geri qayıdıb.
Hadisə Avropada miqrasiya siyasəti ilə bağlı siyasi müzakirələri də yenidən gündəmə gətirib. İspaniya hökuməti miqrasiya böhranı fonunda sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər görür.
ƏLAQƏLİ
Kiyevdə ölən və yaralananlar var: yerli "döyüşçü"lər insanlara hücum ediblər?
Sebutada isə sərhəd xəttinin dənizə doğru uzadılması və üzmə yolu ilə keçidlərin qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirlərinin görülməsi planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda qadın canlı yayım zamanı həyatını itirdi
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü
Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb
Yarım tona yaxın narkotik aşkarlandı
Türkiyədə sərnişin avtobusu aşdı: 45 yaralı var
Bakıda sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı