Sea breeze-də faciə: Azyaşlının ölümü təhlükəsizlik suallarını artırır
Sea Breeze kurortunun ərazisində yerləşən akvaparkda baş verən faciəvi hadisə nəticəsində azyaşlı uşaq həyatını itirib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Minval.info xəbər verir ki, Sea Breeze-in rəhbəri Emin Ağalarov sosial media üzərindən uşağın ailəsinə başsağlığı mesajı göndərib. O, həm öz adından, həm də komandasının adından dərin hüznlə ailəyə dəstək olduğunu bildirib.
Ağalarovun açıqlamasında qeyd olunub ki, hadisənin bütün təfərrüatları, o cümlədən uşağın su nasoslarının yerləşdiyi texniki zonaya necə daxil olduğu araşdırılır. Sea Breeze rəhbərliyi istintaqa tam dəstək verdiyini vurğulayıb.
ƏLAQƏLİ
Tavanın uçması ilə mağazada dəhşət: Qadın dağıntılar altından necə xilas edildi?
Emin Ağalarov əlavə edib ki, uşaqların və böyüklərin təhlükəsizliyi onların əsas prioritetidir. Kurortun bütün obyektlərinin Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanıldığını bildirib.
Hadisədən sonra akvaparkda təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçiriləcəyi və gücləndiriləcəyi açıqlanıb. Ağalarov, həmçinin, ailəyə hər cür dəstəyin göstəriləcəyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: