Əsassız koronavirus mesajı göndərən məmur həbs olundu - 10 min adamı aldadıb
Türkiyənin Adana şəhərinin Çukurova Rayon Müftiliyində çalışan bir məmur əsassız koronavirus mesajı göndərdiyi üçün həbs olunub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, saxlanılan şəxsin yalan məlumatı 10 min adama göndərdiyi üzə çıxıb. O, cəmiyyət arasında panika və qorxu yaymaqda ittiham edilərək, saxlanılıb.
“Hörmətli K.K.A. daha əvvəl etdirdiyiniz testin nəticələrində pozitiv əlamətlərə rast gəlinib. Adana Şəhər Xəstəxanaasında 1-ci mərtəbədə Dr. S.D. bəylə görüşməlisiniz”, – göndərilən mesajda deyə qeyd olunub.
Sözügedən K.K.A. adlı şəxsin də onunla eyni idarədə çalışdığı məlum olub. Lakin mesajda qeyd edilən adda həkim olmadığı ortaya çıxıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək