Samuxda ət məhsulundan zəhərlənənlərin sayı artdı: Daha beş nəfər xəstəxanaya yerləşdirildi
Samux rayonunda ət məhsulundan zəhərlənmə hadisəsi ilə əlaqədar olaraq xəstəxanaya daha beş nəfər gətirilib. Zəhərlənənlər arasında 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Günay Əliyeva, 1986-cı il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il təvəllüdlü Tünzalə Cabbarova və 1984-cü il təvəllüdlü Şəmil Hacıyev var.
Minval.info xəbər verir ki, bu şəxslər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və müalicələri davam edir. Beləliklə, zəhərlənənlərin ümumi sayı 10-a çatıb.
Hadisə Samux rayonunun Alıuşağı kəndində baş verib. İlkin məlumatlara görə, zəhərlənmənin səbəbi ət məhsuludur. Xəstəxanaya yerləşdirilən digər şəxslər arasında 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev və 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyeva da var. Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib