Samuxda qarayara təhlükəsi: Alıuşağı kəndində xüsusi tədbirlər və nəzarət sistemi quruldu
Samux rayonunun Alıuşağı kəndində qarayara xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə xüsusi post qurulub.
Minval.info xəbər verir ki, kənddə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayıb, lakin ət və süd məhsullarının daşınması ciddi nəzarət altındadır.
Ərazidə Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq İdarəsinin nümayəndələri fəaliyyət göstərir. Kəndə daxil olan və çıxan avtomobillər dezinfeksiya edilir, iri təsərrüfatlarda isə dezbaryerlər qurulub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında yerləşdirilən 11 nəfər qarayara infeksiyasına şübhəli bilinərək müayinə edilir. Bu şəxslərin əksəriyyəti Alıuşağı kənd sakinləridir.
Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən verilən məlumata görə, ilk xəstədən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib