Samuxda kütləvi zəhərlənmə: Ət məhsulu təhlükə saçır?
Samux rayonunda baş verən kütləvi qida zəhərlənməsi hadisəsi nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.
Minval.info xəbər verir ki, hadisə Alıuşağı kəndində qeydə alınıb və zəhərlənən şəxslər Gəncə şəhərindəki Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə çatdırılıb.
İlkin araşdırmalara görə, zəhərlənmənin səbəbi ət məhsulu ola bilər. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər, Daşkəsən rayonlarından və Gəncə şəhərindən olduğu bildirilib.
Zəhərlənənlər arasında 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev və 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyeva var. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib