14.03.2019 - 14:43
Hadisə 3 baxış

Şamaxıda zəlzələ oldu

Şamaxı rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13:36-da qeydə alınıb.

Maqnitudası 3, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: