Şamaxıda çökmə və sürüşmə baş verdi
5 fevral 2019-cu il tarixində İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ ilə bağlı bölgədə seysmoloji tədqiqatları davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Şamaxı rayonu ərazisində sürüşmə faktını aşkar ediblər.
Xidmətdən daxil olan məlumata görə, aparılan araşdırmalar zamanı Şamaxı rayonunun ərazisində Qızmeydan yolunun kənarında sürüşmə sahələrində aktivlik müşahidə olunub.
Qeyd edək ki, aşkar olunan birinci sürüşmə sahəsinin yanında asfalt yolun üzərində 5-10 millimetrlik çatlar yaranıb. Bundan başqa, yolun kənarında 15-25 millimetrlik çökmə və sürüşmə halı müşahidə edilməkdədir. Yolun ikinci hissəsindəki sürüşmə sahəsində asfalt üzərində 5-10 millimetrlik çatlar, yol kənarında isə 20-30 santimetrlik aralanma müşahidə edilməkdədir. Həmçinin, Ağsu aşırımında yolun 154-cü kilometrinə qədər hissəsində çatlar və çökmələr müşahidə olunur. Bununla yanaşı, RSXM əməkdaşları ayrı-ayrı qruplarda zəlzələnin episentrində gərginliyin öyrənilməsi ilə bağlı kompleks tədqiqatları davam etdirirlər. Hazırda müxtəlif istiqamətlərdə profillər üzrə seysmik və geofiziki tədqiqatlar davam etdirilir.
Aparılan araşdırmalarla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!