Salyanda sürət kabusu: Yol nişanları haradadır?
Salyan rayonunun Yolüstü kəndindən keçən Salyan-Şirvan avtomobil yolunun mövcud vəziyyəti yerli sakinlərin ciddi narahatlığına səbəb olub. Kənd sakinləri, yolda yüksək sürətlə hərəkət edən avtomobillərin yaratdığı təhlükədən və məhdudlaşdırıcı yol nişanlarının, işıqforların olmamasından şikayətlənirlər. Onların sözlərinə görə, bu yolda dəfələrlə ağır, hətta ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Minval.info xəbər verir ki, sakinlər yaranan problemlə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Sakinlərdən biri bildirib ki, “maşınların yüksək sürətlə hərəkət etməsi, məhdudlaşdırıcı yol nişanlarının və işıqforların olmaması, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri bizi narahat edir. Sağda və ya solda bir-iki maşın dayananda gələn avtomobilləri görmək üçün az qala yolun yarısına qədər çıxmalı olursan. Magistral yola çıxmaq mümkün deyil. Son bir ayda üç-dörd ölüm hadisəsi baş verib”.
Digər sakin isə yoldakı nişanlanma xətlərindən narazılığını ifadə edib: “Düz xətt çəkilməyib, qırıq-qırıq xətt çəkilib. Bu isə sürücülərin istədikləri sürətlə hərəkət etməsinə şərait yaradır. Bu yolda beş ölüm hadisəsi baş verib. Xətlər çəkiləndən bir gün sonra bir gənc oğlan burada baş verən qəza nəticəsində həyatını itirdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib