24.07.2026 - 09:35
Ölkə
31 baxış
Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş sədri Saleh Məmmədovla bağlı yeni iddialar gündəmə gəlib. Jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edərək keçmiş sədrin Almaniyada 24 hektar torpaq sahəsinin olduğunu iddia edib.
Minval.info Globalinfo.az-a istinadla xəbər verir ki, Həsənli paylaşımında sözügedən əraziyə aid olduğunu bildirdiyi fotoşəkli də təqdim edib və görüntünün gerçəkliyi əks etdirdiyini vurğulayıb.
Jurnalistin bu iddiası sosial şəbəkələrdə və ictimaiyyət arasında maraqla qarşılanıb.
Xatırladaq ki, Saleh Məmmədov həm vəzifədə olduğu dövrdə, həm də postundan ayrıldıqdan sonra onun barəsində müxtəlif iddialar səsləndirilib. O, dəfələrlə ölkənin ən çox korrupsiya iddiaları ilə hallanan məmurlarından biri kimi təqdim olunub, lakin bu ittihamlarla bağlı Saleh Məmmədovun və ya hüquqi nümayəndələrinin indiyədək geniş açıqlaması və ya təkzibi olmayıb.
Qeyd etmək lazımdır ki, Almaniyada 24 hektar torpaq sahəsinin qiyməti olduqca yüksəkdir. Təxminən bir neçə on milyon avro həcmində ola biləcəyi ehtimal edilir. Bu baxımdan, səsləndirilən iddia kifayət qədər ciddi araşdırma predmeti hesab oluna bilər. Ümumilikdə, müxtəlif vəzifəli şəxslərin işdən ayrıldıqdan sonra böyük həcmdə əmlaklara sahib olmaları ilə bağlı mediada çoxsaylı məlumatlar yayılıb. Həmin məlumatların bir qismi hüquqi təsdiqini tapsa da, bir hissəsi hələ də iddia səviyyəsində qalmaqdadır.
Xatırladaq ki, Saleh Məmmədov 21 dekabr 2017-ci ildən 6 fevral 2026-cı ilədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. O, 6 fevral 2026-cı ildə Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda internet KƏSİLDİ – Minlərlə abonent çətinlik yaşayır
24.07.2026 - 22:07
Prezidentin Özbəkistana səfir təyin etdiyi Rəşad Məmmədov KİMDİR... - DOSYE
24.07.2026 - 15:01
Vüsalə Əlizadə oyuncaqlara etiraz etdi: “Uşaqlara travmadır”
24.07.2026 - 14:29
100 milyonluq kredit qalmaqalı: Şirkət rəhbərləri həbs olundu
24.07.2026 - 14:00
FHN-dən əhaliyə XƏBƏRDARLIQ: Temperatur 41 dərəcəyə çatacaq
24.07.2026 - 12:46
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
23.07.2026 - 18:00
Mopedlərlə bağlı yeni rüsumlar müəyyənləşdi
23.07.2026 - 17:51