Sakinlərin "işbirliyi" borclarını artırır, özləri isə xəbərsizdir
Sakinlərin işbirliyi cəhdi sonda özlərinə qayıdır, amma onlar bundan xəbərsizdirlər.
Belə ki, onlar arasındakı anlaşmaya əsasən, abonent 20 manatlıq elektrik enerjisi sərf edirsə, ona 5 manatlıq qəbz təqdim olunur. Sakinlər bununla borcdan yayındıqlarını, qənaət etdiklərini düşünürlər. Lakin onların anlaşdığı şəxslər başqa bir əraziyə təyin olunduqda, əvvəlki borcların ödənilməsi sakinlərdən yenidən tələb edilir.
Çünki “Azərişıq” ASC-nin əməkdaşı sayğacın göstəricisini az yazır, qəbz də buna uyğun təqdim edilir. Amma sayğacda ümumi sərfiyyat yerində qalır. Bu proses davam etdikcə orada borclanma artır.
Bu sistem “Azərişıq” ASC tərəfindən yoxlanana qədər davam edir. Hər şey aşkar ediləndə isə gec olur. Abonent yüz, bəlkə də minlərlə manat borclanır.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev minval.info-ya açıqlamasında məlumatın həqiqətə uyğun olmadığını bildirib: “Bakıətrafı qəsəbələrdə smart sayğaclar quraşdırılıb. Belə bir qurd ürəyi yeyən əməkdaşımız, abonent varsa, dəvət edin gəlim həmin ünvana. Bizim sistemdə bu cür hal ola bilməz. Sizinlə birgə bunu araşdırmağa hazıram”.
S.M
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib