"Sakinlərə 1 illik kirayə pulu veriləcək" - İcra başçısı
Bu gün günorta saatlarında Bayıl yamacında sürüşmə yenidən aktibləşib.
Minval.İnfo xəbər verir ki, Yenicag.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sürşümə nəticəsində 4 ev dağılıb.
Xoşbəxtlikdən dağıntı zamanı insan təlafatı olmayıb. Hadisə yerində olan Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlərə görüşüb, onları maraqlandıran sualları cavablandırıb.
Saytımıza açıqlama verən icra başçısı gələn həftədən təhlükəli ərazidən köçürülən sakinlərə 1 illik kirayə pullarının veriləcəyini bildirib. Bundan başqa o, təhlükəsizlik tədbirlərinin görüldüyünü söyləyib. Eldar Əzizov sürüşmə zonasında vəziyyətin ciddiliyini vurğulayıb. Qurum rəhbəri Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.
Qeyd edək ki, sürüşmədən sonra dağılan evlərin yaxınlığında yaşayan sakinlər mənzillərindən əşyalarını çıxarmağa başlayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi