09.08.2026 - 22:36
Maqazin 17 baxış

Şahzadə harri və meqan markl kanadalı dostları ilə parlaq gecədə: Şahzadə diananın zinət əşyaları yenidən səhnədə!

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Kanadada təşkil edilən bir qala gecəsində birgə iştirak ediblər.

Minval.info xəbər verir ki, bu, cütlüyün iyul ayında Böyük Britaniyaya səfərindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxışıdır. Həmin səfərdə onların övladları, şahzadə Arçi və şahzadə Lilibet də onlarla birlikdə idi.

Cümə günü keçirilən və Devid Foster Fondunun 40 illik yubileyinə həsr olunan tədbirdə Harri və Meqan qırmızı xalçada gülümsəyərək pozalar veriblər. Meqan, kanadalı “Greta Constantine” markasının tünd-göy rəngli, uzun və çiyinsiz libasını seçib və görünüşünü sapfir və brilyant qaşlı sırğalarla tamamlayıb. Bu zinət əşyalarının vaxtilə şahzadə Dianaya aid olduğu bildirilir. Harri isə klassik qara smokinq və papyonla tədbirə qatılıb.

Qeyd edək ki, cütlük Devid Foster və onun həyat yoldaşı, müğənni Ketrin Makfi ilə yaxın dostluq əlaqələrinə malikdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: