Şahzadə Harri və məşhurlar 'Daily Mail'ə qarşı məhkəmədə məğlub oldu
Şahzadə Harri, müğənni Elton Con, aktrisa Elizabet Hörli və digər tanınmış şəxslər ‘Daily Mail’ qəzetinin naşiri Associated Newspapers-a qarşı açdıqları məhkəmə işində məğlub olublar.
Minval.info xəbər verir ki, London Ali Məhkəməsi iddiaçıların onlar haqqında yayımlanan məlumatların qanunsuz yollarla əldə edildiyini sübut edə bilmədiklərinə qərar verərək iddianı rədd edib.
Bu qərardan sonra iddiaçılar 34,5 milyon funt sterlinq məbləğində hüquqi xərclərin bir hissəsini ödəmək riski ilə üz-üzə qalıblar. Nəşriyyat ilkin olaraq 10 milyon funt sterlinq ödəniş tələb etsə də, iddiaçılar 8 milyon funt sterlinq ödəməyi təklif ediblər. Yekun məbləği məhkəmə müəyyən edəcək.
Məhkəmə işi 2022-ci ildə ‘Daily Mail’ və ‘Mail on Sunday’ qəzetlərinin telefon dinləmələri və digər qanunsuz üsullarla məlumat topladığı iddiası əsasında qaldırılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır