07.08.2026 - 11:56
Ölkə 61 baxış

Şahlar novruzovun liman savaşı: Rusiyanın yeni iddiası nələri dəyişəcək?

Azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakına qarşı yeni bir iddia qaldırılıb. Rusiya dövlətinin mülkiyyətinə keçən Tuapse Dəniz Kommersiya Limanı MMC, keçmiş sahibindən vurduğu ziyanın ödənilməsini tələb edir.

Minval.info xəbər verir ki, bu iddia arbitraj işlərinin elektron bazasında qeyd olunub. İddianın məbləği hələ açıqlanmayıb, amma işə Rusiya Baş Prokurorluğu və Federal Dövlət Əmlakı Agentliyi də cəlb edilib.

2008-ci ildə yaradılan Tuapse Dəniz Kommersiya Limanı MMC-nin nizamnamə kapitalı 278,2 milyon rubl təşkil edir və əsasən yaşayış təyinatlı olmayan daşınmaz əmlakın icarəsi və idarə olunması ilə məşğuldur. Şirkətin ilk sahibi Oleq Basin olub, 2014-cü ildə isə mülkiyyət hüququ Şahlar Novruzova keçmişdir. 2015-ci ildən etibarən isə şirkət Böyük Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş Vonixel Limited BVI şirkətinə məxsus olub.

2025-ci ilin dekabrında Krasnodar Vilayəti Arbitraj Məhkəməsi, Rusiya baş prokurorunun müavininin iddiasını təmin edərək, limanın nizamnamə kapitalındakı 100 faizlik payın dövlətin gəlirinə keçirilməsinə qərar verib. Məhkəmə, həmçinin limanla əlaqəli bir sıra daşınmaz əmlakın da dövlətə verilməsinə qərar çıxarıb.

Qara dəniz sahilində yerləşən Tuapse limanı, mühüm nəqliyyat infrastrukturuna yaxınlığı ilə strateji əhəmiyyət daşıyır. Lakin bu aktivlərin xarici dövlət rezidentləri tərəfindən alınması zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Rusiya hökuməti və Federal Antiinhisar Xidməti ilə razılaşdırılmalı olan bu prosedur həyata keçirilməyib.

2026-cı ilin fevralında isə On Beşinci Arbitraj Apellyasiya Məhkəməsi, Şahlar Novruzovun limanın əlindən alınması ilə bağlı qərardan şikayətini rədd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: