Şahin Şıxlinski və oğlu müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilib
Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin cəzaçəkmə müəssisəsi dəyişdirilir.
Minval.info xəbər verir ki, onun Krasnoyarsk diyarında yerləşən cəzaçəkmə müəssisəsinə, oğlu Mutvalı Şıxlinskinin isə Sverdlovsk vilayətinin Verxoturye şəhərindəki 53 saylı islah koloniyasına etap olunduğu bildirilir.
Məlumata görə, məhkumların köçürülməsi ilə bağlı sənədlər iyulun 17-də imzalanıb. Şahin Şıxlinski ilə yanaşı, Səfərov qardaşlarının da Krasnoyarsk diyarında yerləşən koloniyaya göndərildiyi qeyd olunur.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Xatırladaq ki, Şahin Şıxlinski qətlin təşkili və adam öldürməyə cəhd ittihamları üzrə təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib. Onun oğlu Mutvalı Şıxlinski isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 8 il azadlıqdan məhrum olunub.
Şıxlinskilər Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinə qarşı keçirilmiş genişmiqyaslı əməliyyatdan sonra saxlanılıblar. Həmin əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olub, ailənin digər üzvləri və diasporun bir sıra nümayəndələri də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Sonradan saxlanılan şəxslərə qarşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi başlanılıb, Şahin Şıxlinskiyə isə əlavə olaraq qətlin təşkili və adam öldürməyə cəhd ittihamları irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda