Sahil Babayevdən yeni təyinatlar - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları həyata keçirilib.
Nazirlikdən Bakupost.az -a verilən xəbərə görə, Vəli Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.
V.Quliyev 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2007-ci ildən bank-maliyyyə sektorlarında rəhbər vəzifələrdə, 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri, şöbənin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı